"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın rəqibi uduzdu
DÜNYA FUTBOLU 13 Avqust 2015 / 00:40 7336
-  A +

İsveçrə çempionatında beşinci turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə,  Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" da növbəti matçına çıxıb.

Bern təmsilçisi öz meydanında "Luqano"nu sınağa çəkib. Ötən turda "Tun"a qalib gəlməklə çempionatda ilk qələbəsini qazanan "Yanq Boyz" bu görüşdən də 3 xalla ayrılmaq niyyətində idi. Lakin 6-cı dəqiqədə Rossininin qoluna mane ola bilməyən "Yanq Boyz" görüşdən məğlub ayrılıb - 0:1.

Qeyd edək ki, bu, "Yanq Boyz"un cari mövsüm çempionatda ilk məğlubiyyəti olub. Keçirdiyi 4 oyunun 3-də heç-heçə edib, birində qələbə qazanan komanda 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.



12 avqust

İsveçrə çempionatı, 5-ci tur

22:45. "Yanq Boyz" - "Luqano" - 0:1
Qol:
Rossini, 6 (0:1)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın