Messi Ronaldoya çatdı

Messi Ronaldoya çatdı
DÜNYA FUTBOLU 12 Avqust 2015 / 13:46 8402
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi avrokuboklarda vurduğu qolların sayını 80-ə çatdırıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu UEFA superkubokunda "Sevilya"ya qarşı matçda dubla imza ataraq bu nəticəyə nail olub. Bununla da Messi avrokubokların tarixində ən çox qol vuran "Real"ın futbolçusu Kriştiano Ronaldoya çatıb.

Qeyd edək ki, bu göstəricidə üçüncü pillədə 77 qolla "Real"ın sabiq hücumçusu, hazırda "Nyu-York Kosmos"da oynayan Raul Qonzales qərarlaşıb.

Xatırladaq ki, "Barselona" - "Sevilya" oyunu birincilərin 5:4 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı