“Çox əsəbi idim, məşqçi məni yox, Rafinyanı seçdi” – Pedro

“Çox əsəbi idim, məşqçi məni yox, Rafinyanı seçdi” – Pedro
DÜNYA FUTBOLU 12 Avqust 2015 / 12:48 8014
-  A +

UEFA superkubokunun “Sevilya”ya qarşı keçirilən oyunda (5:4) komandasının qələbə qolunu vuran Pedro Rodriges jurnalistlərin suallarını cavablandırıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Pedro bildirib ki, onun barəsində Kataloniya klubunun direktoru Robert Fernandesin müəyyən fikirlər söyləməsinə baxmayaraq, “Barselona”dan getmək istəmir.


– Robert uğursuz bəyanat verib. O, mənim “Barselona”da nələr yaşadığımı bilmir. Bilsəydi belə sözlər deməzdi. Mən klubumuzun prezidenti və digər insanlarla danışmışam. Bilirəm ki, həmişə “Barselona”da olmuşam və olacam. Ona görə də başqa adamlar bu haqda danışmasalar yaxşıdır.

- Deyəsən, bu gün elə də sevincli deyilsiniz.

– Bu gün qol vurdum. Amma bu, bütün komandanın əməyidir. Yeni qələbə, mükafat qazanmağımıza görə şadam. Belə sevinc hisləri keçirmək əladır.

- Amma əsas heyətdə oynamamaq insana ağır gəlir, elə deyilmi?

– Bu, çətin vəziyyətdir. İlk dəqiqədən oynaya bilmədiyimə görə çox əsəbi idim. Amma həmişə olduğu kimi, belə məqamda peşəkar kimi davranmağa çalışdım. Neymar oynamadığı üçün bu qarşılaşmada əsas heyətə düşmək şansım çox idi. Amma məşqçi məni yox, Rafinyanı seçdi.

- Siz “Barselona”dan getmək istəyirsiniz, ya yox?

– Yox! Amma... Bu məsələdə söhbət iddia olunduğu kimi, puldan getmir. Bu, əsas heyətdə sabit çıxış etməməyimlə əlaqədardır. Mən iddialı oyunçuyam. Getsəm də, qalsam da, “Barselona” həmişə mənim ürəyimdədir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki