“Nəticənin ədalətli olub-olmadığı barədə danışsam...” – Unai Emeri

“Nəticənin ədalətli olub-olmadığı barədə danışsam...” – Unai Emeri
DÜNYA FUTBOLU 12 Avqust 2015 / 12:26 6200
-  A +

"Məğlub olsaq da, komandamla qürur duyuram. Futbolçularım istədiyim oyunu nümayiş etdirdi. Bu cür turnirlərdə hər zaman olmaq və güclü komandalar qarşı oynamaq istəyirik".

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Sevilya"nın baş məşqçisi Unai Emeri UEFA superkubokunda "Barselona"ya 4:5 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, 1:4 hesabı ilə geriyə düşdükdən sonra etdiyi əvəzetmələrin oyunun gedişatına təsir etdiyini bildirib:

"Uduzmağımıza baxmayaraq, sona kimi mübarizə aparmalı idik. Buna görə də yorulan futbolçuları əvəzlədim. Dəyişikliklər hesabı bərabərləşdirməyimizə kömək oldu".

U.Emeri "Barselona"nın qələbə münasibəti ilə təbrik də edib:

"4:5 hesabı ilə geridə olduğumuz vaxtı üç qol epizodu yaratdıq. Nəticənin ədalətli olub-olmadığı barədə danışsam, bu, bir az subyektiv ola bilər. Son dəqiqələrdə qol epizodlarından birindən istifadə edə bilsəydik, qalib penaltilər seriyasında müəyyənləşəcəkdi. Ötən mövsüm üç kubok qazanan "Barselona"ya qarşı başabaş mübarizə apardıq. Futbolçularımın oyunu məni qürurlandırdı".

U.Emeri oyunun ən yaxşı futbolçusu seçilən rəqib komandanın hücumçusu Lionel Messi haqda da danışıb: "Onu təbrik edirəm. Messiyə kömək edən yaxşı futbolçular var".

 

 


Son xəbərlər