Messi: “Elə bil Tiflisdə yox, Kataloniyada oynayırdıq”

Messi: “Elə bil Tiflisdə yox, Kataloniyada oynayırdıq”
DÜNYA FUTBOLU 12 Avqust 2015 / 12:18 9426
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi UEFA superkubokunun “Sevilya”ya qarşı keçirilən oyunundan (5:4) sonra fikirlərini açıqlayıb.

Qol.Az xəbər verir , o, jurnalistlərə açıqlamasında iki qol vurduğuna və komandasının qələbə qazanmasına görə sevindiyini bildirib.
 
“Stadionda bizə verilən dəstəyə görə hamıya təşəkkür edirəm. Elə bil Tiflisdə yox, Kataloniyada oynayırdıq. Həqiqətən də özümüzü meydan sahibi kimi hiss etdik.

Bizim məqsədimiz daha çox mükafat qazanmaqdır. Superkuboku qazanmağımız vacib idi. Axı, yeni mövsümə yaxşı əhval-ruhiyyədə başlayacağıq” – deyə Messi vurğulayıb.


Son xəbərlər