Messidən 24-cü oyununda 24-cü qol

Messidən 24-cü oyununda 24-cü qol
DÜNYA FUTBOLU 12 Avqust 2015 / 00:22 4228
-  A +

Avropa superkubokunda "Sevilya" ilə görüş "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar olub.

Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu hazırda davam edən matçın 7 və 16-cı dəqiqələrində dublla yadda qalıb.

Bununla da, Messi "Sevilya" ilə ardıcıl 6-cı matçında fərqlənməyi bacarıb. 28 yaşlı futbolçu son 6 görüşdə Sevilya təmsilçisinə 10 qol vurub ki, bunlardan 8-i La Liqa oyunlarına təsadüf edib.

Qeyd edək ki, Messi bütün turnirlər daxil olmaqla "Sevilya"ya qarşı keçirdiyi 24 görüşdə 24 dəfə rəqib qapısına yol tapıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi