Arda Turan “donuz qripi”nə tutulub

Arda Turan “donuz qripi”nə tutulub
DÜNYA FUTBOLU 18 Noyabr 2009 / 19:08 2514
-  A +

Türkiyə millisinin və “Qalatasaray”ın ulduzu Arda Turan “donuz qripi”nə tutulub. Qol.Az-ın İstanbul klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, futbolçudan götürülən H1N1 testinin nəticəsi müsbət olub. “Qalatasaray” klubu tərəfindən verilən rəsmi açıqlamada deyilir: “Futbolçumuz Arda Turanın burun axıntısı, hərarəti və halsızlıq şikayətləri ilə aparılan analizlər nəticəsində onun H1N1 virusuna yoluxduğu bu gün bəlli olub. Futbolçumuz məsələylə bağlı ətraflı məlumatlandırılıb. Onun müalicəsi davamlı şəkildə aparılır. Hazırda sağlıq durumu yaxşı olan və istirahətə göndərilən kapitanımız komandadan ayrı olaraq 23 noyabr, bazarertəsinə qədər özəl müalicə alacaq”.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı