"Bavariya"dan Mario Qötze açıqlaması

"Bavariya"dan Mario Qötze açıqlaması
DÜNYA FUTBOLU 8 Avqust 2015 / 10:58 5367
-  A +

"Bavariya" futbolçusu Mario Qötzenin komandadan ayrılacağı iddialarına münasibət bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Münhen klubunun idman direktoru Matthias Sammer gənc hücumçunun heç bir kluba transfer olunmayacağını deyib:

"Qötze haqda yayılan xəbərlər doğru deyil. Onun "Bavariya" ilə iki illik müqaviləsi var. Qötze Münhen klubunda qalacaq. Qötzenin gənc oyunçu olduğunu unutmamalıyıq. Bizim də geniş və yaxşı futbolçulardan ibarət heyətimiz var. Qötze matçlarda daha çox oynamaq üçün çalışmalıdır. O, bunu bacara bilər".

Qeyd edək ki, M.Qötzenin "Yuventus"a transfer olunacağı iddia edilirdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi