Benzema sıradan çıxdı

Benzema sıradan çıxdı
DÜNYA FUTBOLU 7 Avqust 2015 / 12:45 3629
-  A +

"Real" ciddi itki ilə üzləşib.

Qol.Az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, zədələnən Kərim Benzemanın üç həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib. Bu isə o deməkdir ki, fransalı hücumçu İspaniya La Liqasının ilk turunda "Sportinq"lə (Xixon) oyunu buraxacaq.

Benzemanın ölkə çempionatında avqustun 30-da "Betis"ə qarşı keçiriləcək matça kimi hazır olacağı gözlənilir.

Qeyd edək ki, "Sportinq" - "Real" qarşılaşması avqustun 23-ü keçiriləcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord