"Barselona"da forma nömrələri müəyyənləşdi

"Barselona"da forma nömrələri müəyyənləşdi
DÜNYA FUTBOLU 5 Avqust 2015 / 19:54 8338
-  A +

"Barselona" futbolçularınn 2015/2016 mövsümü üçün forma nömrələrini açıqlayıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 4 futbolçunun - Dani Alveş, Duqlas, Munir və Sandronun forma nömrəsində dəyişiklik olub. D.Alveş Kataloniya klubunun sabiq futbolçusu Xavi Hernandesin 6 nömrəli formasını geyinəcək. Duqlas 2, Munir 17, Sandro isə yeni mövsümdən 16 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Barselona"ya verilən transfer cəzası səbəbindən yanvar ayına kimi oynaya bilməyəcək Arda Turan və Aleiks Vidalın forma nömrələri  rəsmi olaraq oyunlara çıxdığı zaman bəlli olacaq.

Xatırladaq ki, bundan əvvəl A.Turanın 6 nömrəli forma geyinəcəyi yazılmışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki