"Barselona" "Fiorentina"ya uduzdu

"Barselona" "Fiorentina"ya uduzdu
DÜNYA FUTBOLU 3 Avqust 2015 / 12:12 6638
-  A +

Beynəlxalq Çempionlar kubokunun Şimali Amerika turnirinin növbəti oyunu keçirilib.

Qol.Az-ın məlumatına görə, "Barselona" "Fiorentona" ilə qarşılaşıb. İtaliyanın "Artemio Franki" stadionunda keçirilən matçda Kataloniya klubu 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, bu il Beynəlxalq Çempionlar kubokunun formatında dəyişiklik edilib. Beynəlxalq Çempionlar kuboku Şimali Amerika-Avropa, Çin və Avstraliyada üç fərqli turnir kimi təşkil olunur.

3 avqust

Beynəlxalq Çempionlar kuboku, Şimali Amerika

"Fiorentina" - "Barselona" - 2:1
Qollar:
Federiko Bernardeski, 5 (1:0), 12 (2:0), Luis Suares, 17 (2:1)


Son xəbərlər