"Seltik" mövsümə qələbə ilə başladı

"Seltik" mövsümə qələbə ilə başladı
DÜNYA FUTBOLU 1 Avqust 2015 / 18:35 12283
-  A +

Bu gün Şotlandiya çempionatında 2015/2016 mövsümünə start verilib.

Qol.Az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Seltik" mövsümdə ilk matçına çıxıb.

Qlazqo təmsilçisi ilk turda evdə "Ross Kaunti" ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Qeyd edək ki, "Seltik" avqustun 5-də Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "Seltik" 1:0 hesabı ilə qalib gəlib.

 


1 avqust

Şotlandiya çempionatı, I tur

16:45. "Seltik" - "Ross Kaunti" - 2:0
Qollar:
Qriffiths, 4-pen (1:0), Yohansen, 35 (2:0)


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi