Kasilyas: "Portu"ya keçməyimin səbəbi..."

Kasilyas: "Portu"ya keçməyimin səbəbi..."
DÜNYA FUTBOLU 1 Avqust 2015 / 10:39 9757
-  A +

"Real" sabiq qapıçısı İker Kasilyas "Portu"ya keçməsinin səbəbini açıqlayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ispan qolkiper Portuqaliya təmsilçisinin baş məşqçisi Xulen Lopeteqinin ona göstərdiyi etimad üçün bu klubu seçdiyini deyib:

"Onun mənə olan güvəni İspaniyadan ayrılmağıma səbəb oldu. Başqa klublardan da təklif almışdım. Amcaq heç bir klub "Portu" kimi mübariz deyildi. Burada yüksək səviyyədə futbol oynamağa davam edəcəm".

İ.Kasilyas "Portu" haqda müsbət fikirlər də səsləndirib: "Portu" prestijli klubdur. Komandada yaxşı futbolçular var və hər mövsüm Çempionlar Liqasında mübarizə aparırlar. Burada oynadığıma görə xoşbəxtəm. Portuqaliyada və Avropada uğur qazanmaq üçün çalışacağıq".

Qeyd edək ki, İ.Kasilyas ötən ay "Portu" ilə iki illik müqavilə imzalayıb.


Son xəbərlər