Avroliqa matçı yarımçıq dayandırıldı

Avroliqa matçı yarımçıq dayandırıldı
DÜNYA FUTBOLU 31 İyul 2015 / 10:25 11787
-  A +

Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçirilən Kukesi” (Albaniya) - “Legiya” (Polşa) görüşündə qalmaqal yaşanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Albaniyada keçirilən matçda meydan sahiblərinin etdiyi hərəkət səbəbindən matç yarımçıq dayandırılıb. İkinci hissənin əvvəlində hesab 2:1 "Legiya"nın xeyrinə olduğu vaxt meydana daş atılıb.

Həmin daş Polşa klubunun futbolçusu Andrey Duduya dəyib. Futbolçu meydandan xərəklə aparılıb.  Görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, həmin ana qədər “Legiya” 2:1 hesabı ilə öndə idi. Baş verən insidentə görə meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi gözlənilir.  Alban klubunun hətta yarışdan uzaqlaşdırılacağı da istisna edilmir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki