"Yuventus"da ciddi itki

"Yuventus"da ciddi itki
DÜNYA FUTBOLU 30 İyul 2015 / 21:41 3714
-  A +

"Yuventus" ciddi itki ilə üzləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Corcio Kyellini dünən "Leçiya" ilə yoxlama matçında zədələnib. Onun ən azı 20 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, C.Kyellini İtaliya superkubokunda "Latsio"ya qarşı matçda oynamayacaq.

Qeyd edək ki ,"Yuventus" - "Latsio" qarşılaşması avqustun 8-i keçiriləcək.


Son xəbərlər