"Barselona"nın sabiq futbolçusu İngiltərə klubunda

"Barselona"nın sabiq futbolçusu İngiltərə klubunda
DÜNYA FUTBOLU 28 İyul 2015 / 10:12 7819
-  A +

"Barselona"nın sabiq futbolçusu İbrahim Afellayın yeni klubu müəyyənləşib.

Qol.Az-ın xəbərinə görə, hollandiyalı hücumçu İngiltərə Premyer Liqasın təmsilçisi "Stok Siti"yə transfer olunub. Klub rəsmi saytı vasitəsi ilə 29 yaşlı oyunçu ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, İ.Afellay bu yay "Barsa" ilə müqaviləsi başa çatdığı üçün klubdan ayrılıb. O, ötən mövsüm icarə əsasında "Olimpiakos"da oynayıb.


Son xəbərlər