İstanbulda heç-heçə, "Monako" və APOEL qalib gəldi

İstanbulda heç-heçə, "Monako" və APOEL qalib gəldi
DÜNYA FUTBOLU 29 İyul 2015 / 01:52 39401
-  A +

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 9 qarşılaşma baş tutub. 

Günün ilk qarşılaşaması Rusiyada keçirilib. Moskvada CSKA klubu Çexiya çempionu "Sparta"nı sınağa çəkib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

Maraq doğuran oyunlardan biri Türkiyədə baş tutub. Burada yerli "Fənərbaxça" klubu "Şaxtyor"la münasibətlərinə aydınlıq gətirib. Qarşılıaşmada qapılara qol vurulmayıb.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin qalan oyunları bu gün keçiriləcək. Turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" Şotlandiyada "Seltik"in qonağı olacaq.


APOEL səfərdə “Midtilland”a (Danimarka) qalib gəlib – 2:1.
“Monako” da səfər qələbəsinə sevinib. Fransa təmsilçisi İsveçrənin “Yanq Boyz” klubundan üstün olu – 3:1.

 

 


28 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları


“Videoton” (Macarıstan) - BATE (Belarus) - 1:1
Qollar:
Lujçik, 56-avtoqol, Vinikius, 89 (1:1)

“Dinamo” (Xorvatiya) - “Molde” (Norveç) - 1:1
Qollar:
Henrikez, 18 (1:0), Kamara, 21 (1:1)


“Fənərbaxça” (Türkiyə) - “Şaxtyor” (Ukrayna ) - 0:0

“Panatinaikos” (Yunanıstan) - “Brügge” (Belçika)- 2:1
Qollar:
Mbombo, 10 (0:1), Berg, 37 (1:1), Karelis, 65 (2:1)


“Makkabi” (Təl-Əviv, İsrail) - “Viktoriya” (Çexiya) - 1:2
Qollar:
Mahmutoviç, 17 (0:1), Petrzela, 21 (0:2), İtzaki, 79 (1:2)

CSKA (Rusiya) - “Sparta” (Çexiya) - 2:2
Qollar:
Dzagoev, 14 (1:0), Fatai, 15 (1:1), Toşiç, 53 (2:1), Kreyçi,  57 (2:2)

“Milsami” (Moldova) - “Skenderbeu” (Albaniya) - 0:2
Qollar:
Salihi, 49 (0:1), 73-pen (0:2) 

“Midtilland” (Danimarka) - APOEL (Kipr) - 1:2
Qollar: 
Vinsenti, 30 (0:1), 33 (0:2), Poulsen, 88 (1:2)

“Yanq Boyz” (İsveçrə) - “Monako” (Fransa) - 1:3
Qollar:
Kurzaşa, 64 (0:1), Qarillo, 72 (0:2), Nuzollo, 74 (1:2), Pasalik, 75 (1:3)




29 iyul

21:00. HİK (Finlandiya) - "Astana" (Qazaxıstan)

22:00. "Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)

23:30. "Styaua" (Rumıniya) - "Partizan" (Serbiya)

23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan)

23:45. "Lex" (Polşa) - "Bazel" (İsveçrə)
 
00:05. "Rapid" (Avstriya) - "Ayaks" (Hollandiya)


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı