UEFA ötən mövsümün ən yaxşı 10 qolunu seçdi

UEFA ötən mövsümün ən yaxşı 10 qolunu seçdi
DÜNYA FUTBOLU 28 İyul 2015 / 00:38 9056
-  A +

UEFA 2014/2015 mövsümünün ən gözəl qoluna 10 namizədin siyahısını açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, UEFA nümayəndələrinin seçdiyi ilk "10"luqda Kriştiano Ronaldo və Lionel Messinin də adı var.

Futbolsevərlər avqustun 25-ə kmi verdikləri səslərlə Avropada ötən mövsümün ən yaxşısını müəyyənləşdirəcəklər. Qalibin adı avqustun 27-i Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi öncəsi açıqlanacaq.

 
Kriştiano Ronaldo ("Real" Madrid)
Lionel Messi ("Barselona")
Kevin de Bruyne ("Volfsburq")
Aaron Remsi ("Arsenal"
Neymar ("Barselona")
Robbi Mirxeyd ("Dandi Yunayted")
Erik Lamela ("Tottenhem"
Vitorinu Antuneş ("Dinamo" Kiyev)
Vasili Kobin ("Metallist")
Mariam Toloba (Belçikanın 19 yaşadək qızlardan ibarət millisi)


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın