Ukraynalı jurnalist: “Foqtsla müqavilənin müddətinin uzadılması düzgün addımdır”

Ukraynalı jurnalist: “Foqtsla müqavilənin müddətinin uzadılması düzgün addımdır”
XƏBƏR 13 Noyabr 2009 / 12:05 2029
-  A +

Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsla başa çatmış müqavilənin müddətinin uzadılması Ukrayna mətbuatının da diqqətinin çəkib. Qol.Az-ın məlumatına görə, bu ölkənin nüfuzlu “Komanda” qəzeti və sport.com.ua saytı öz səhifələrində almaniyalının milli komandamızla 2012-ci ilə qədər yeni müqavilənin imzalaması xəbərini xüsusi işıqlandırıblar. “Komanda” qəzetinin yazarı Profiri Petrov isə AFFA-nın bunu etməklə düzgün addım atdığını qeyd edib: “Foqts işlədiyi müddətdə Azərbaycan millisində nəzərəçarpacaq irəliləyişə nail oldu. Artıq onun komandası rəqibləri ilə 90 dəqiqə başabaş mübarizə apara bilir. Son oyunlarda qeydə alınan nəticələr də bunu göstərir. Xüsusilə, Rusiya millisi ilə Bakıdakı son oyunu qeyd etmək olar. Həmin qarşılaşmada Azərbaycan millisi güclü rəqibinə qarşı layiqincə müqavimət göstərdi və layiq olduğu xalı qazandı. Bütün bunların müqabilində Azərbaycan Futbol Federasiyasının Foqtsla başa çatan müqavilənin müddətini uzatması düzgün addımdır”.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı