“Xəzər Lənkəran” bu gün məşqlərə başlayır

“Xəzər Lənkəran” bu gün məşqlərə başlayır
XƏBƏR 13 Noyabr 2009 / 11:46 1592
-  A +

Milli komandamızın Dubayda təşkil olunan turnirdə iştirakı səbəbindən UniBank premyer liqasında yaranmış fasilədən istifadə edərək futbolçularını 2 günlük istirahətə buraxan “Xəzər Lənkəran” bu gün yenidən bir araya gələcək. Qol.Az-ın məlumatına görə, komanda Ağasəlim Mircavadovun rəhbərliyi altında Lənkəranda məşqlərə başlayacaq. Mircavadovun planında həftəsonu yoxlama görüşü keçirmək yoxdur. O, sadəcə məşqlərlə kifayətlənəcək. Qeyd edək ki, hələ də düşərgəyə qayıtmayan Kostadin Cambazov, o cümlədən əsas heyətdən kənarlaşdırılan Rəşad Kərimovla zədəsi olan Rahid Əmirquliyev hazırlıqlarda iştirak etməyəcəklər.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın