"Xəzər Lənkəran" futbolçusunu əvəzedici heyətə göndərdi

"Xəzər Lənkəran" futbolçusunu əvəzedici heyətə göndərdi
XƏBƏR 12 Noyabr 2009 / 23:14 1918
-  A +

"Xəzər Lənkəran" klubunun yarımmüdafiəçisi Rəşad Kərimov məşqçilər korpusunun qərarıyla intizamsızlıq səbəbindən qeyri-müəyyən müddətə əvəzedici komandaya keçirilib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bir vaxtlar çıxış etdiyi "Xəzər Lənkəran"a yayda yenidən qayıdan 23 yaşlı yarımmüdafiəçi komandanın əsas heyətinə düşməkdə çətinlik çəkirdi. Unibank Premyer Liqasının arxada qalan doqquz oyununda debüt imkanı tapa bilməyən Rəşad cari mövsüm yalnız bir dəfə meydana çıxmışdı ki, bu da ölkə kubokunun 1/8 final mərhələsində "Muğan"la ilk oyunun son 10 dəqiqəsinə təsadüf edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı