MDB Kuboku yeni statusda keçiriləcək

XƏBƏR 12 Noyabr 2009 / 13:54 2238
-  A +

MDB Kuboku yeni statusda keçiriləcək. Turnirin yeni statusu yarış üçün daha çox sponsor tapmağa, uduş fondunu formalaşdırmağa kömək edəcək. Gələcəkdə turnirin nəzarət şurasının yaradılması və yarışın Rusiyadan kənarda keçirilməsi də nəzərdə tutulur. Yarışın istənilən komandaların iştirakı üçün açıq olması bu turnirdə, postsovet məkanından əlavə, digər ölkə təmsilçilərinin də iştirakına şərait yaradacaq.

Xatırladaq ki, 15-24 yanvar 2010-cu il tarixlərində Moskvada keçiriləcək XVIII Beynəlxalq "MDB və Baltika ölkələrinin Birlik Kuboku" turnirində Azərbaycanı son ölkə çempionu paytaxtın "Bakı" klubu təmsil edəcək.

Mənbə: pfl.az

 
 
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı