Mübariz Mənsimov «Beşiktaş»ın vitse-prezidentliyindən imtina etdi

Mübariz Mənsimov «Beşiktaş»ın vitse-prezidentliyindən imtina etdi
ÖLKƏ FUTBOLU 12 Noyabr 2009 / 12:32 2058
-  A +

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov «Beşiktaş» klubunun idarəçilərindən biri olmaqdan imtina edib. Qol.Az-ın Türkiyənin «Sabah» qəzetinə istinadən verdiyi məlumata görə, M.Mənsimov «Beşiktaş»ın birinci vitse-prezidenti vəzifəsində köməkçisi Əlaattin Aykaçı görmək istədiyini söyləyib. Bu barədə Mənsimov ona vitse-prezidentlik təklifi edən «Beşiktaş»ın prezidenti Yıldırım Demirörənə bildirib.
Xatırladaq ki, gələn ilin yanvarında «Beşiktaş»ın prezidentliyinə keçiriləcək seçkilərdə Mübariz Mənsimov hazırkı prezident Yıldırım Demirörənə dəstək olacağını söyləyib. Bundan sonra Dəmirörən Mənsimova «Beşiktak»ın birinci vitse-prezidenti vəzifəsini təklif edib. Amma Mübariz Mənsimov «Beşiktaş»ın idarəçiləri arasında çalışmasının mümkün olmadığını söyləyib. Bununla belə, M.Mənsimov bundan sonra da «Beşiktaş»a maddi və mənəvi köməyini əsirgəməyəcəyini bildirib.
Yayılan digər məlumata görə, «Beşiktaş»ın prezidentliyinə digər namizəd Murak Aksu da Mübariz Mənsimova idarəçilər sırasında yer almağı təklif edəcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki