UEFA-dan biabırçı qərar

UEFA-dan biabırçı qərar
ÖLKƏ FUTBOLU 12 Noyabr 2009 / 12:15 2470
-  A +

UEFA-nın Nizam-İntizam Komitəsi bu il sentyabrın 30-da Kiprin «Apoel» və İngiltərənin «Çelsi» klublarının görüşündən əvvəl azarkeşlərə paylanan broşürlərdəki irqçi çağırışlarla bağlı qərar çıxarıb. Qol.Az-ın məlumatına görə, qərara əsasən, yunan Kipri 40 min avro məbləğində cərimə edilib. Lakin bu qərar Türkiyədə haqlı narazılığa səbəb olub. «Sabah» qəzeti UEFA-nın belə bir qərar çıxarmasını ikili standartların göstəricisi adlandırıb. Məsələ burasındadır ki, hələ ötən ay UEFA-nın böyük qardaşı sayılan FİFA Türkiyəni  Ermənistanla oyuna Azərbaycan bayrağının buraxılacağı təqdirdə matçın nəticəsinin ləğv ediləcəyi və qardaş ölkəyə ciddi sanksiya tətbiq olunacağı ilə hədələmişdi. Bundan sonra Türkiyə hökuməti məcburiyyət qarşısında qalaraq oyuna Azərbaycan bayrağını buraxmamışdı.
 «Apoel» - «Çelsi» oyununun broşüründə yazılan sözlərə görə isə yunan tərəfinə cəmi 40 min avro cərimə kəsilməsi həqiqətən də təəccüb və təəssüf doğurur. Broşürdə bu sözlər yazılıb: "Bizim savaşımız Yunanıstanın dəyərli torpağı olan adamızı türk işğalçılarından azad edənədək sürəcək. İctimaiyyətə bu barədə məlumat verməyə özümüzə borc bilirik və Avropa Birliyi vətəndaşlarını bizə dəstək olmağa çağırırıq». Broşürün sonunda bu cümlələr yazılıb: «Türkiyə Avropa qitəsinə daxil deyil, Avropa ölkəsi olaraq görüləməz. Türk ordusu, dərhal Kiprdən çıx get».
Təbii ki, bu sözlərin yazıldığı broşür oyuna gələn ingilis azarkeşləri arasında da paylanıb və əlbəttə, UEFA nümaəndələrinin də əlinə keçib. Hadisədən xəbər tutan Türkiyə Futbol Federasiyası UEFA-ya şikayət məktubu ünvanlayıb. «Apoel» ötən il keçirilən beynəlxalq oyunlardan birində irqçi şüarlar səsləndirdiyinə görə UEFA tərəfindən 30 min avro cərimələnmişdi. Eyni hal ikinci dəfə təkralandığından,  UEFA-nın qaydalarına əsasən «Apoel»ə beynəlxalq oyunları öz meydanında keçirməsi qadağası qoyulmalı və ya onun qazandığı xallar silinməliydi. Lakin göründüyü kimi, UEFA yunan Kiprinin komandasına cəmi 40 min avro cərimə kəsməklə işini bitmiş hesab elədi.

Daha çox


Son xəbərlər