Ukrayna millisi, "Rubin", "Şaxtyor" və Azərbaycan

ÖLKƏ FUTBOLU 12 Noyabr 2009 / 11:39 2270
-  A +

Rusiyanın nüfuzlu «Sport-Ekspress» qəzeti oktyabr ayı üçün ən yaddaqalan beş hadisənin siyahısını açıqlayıb. Siyahıya yalnız keçmiş SSRİ ölkələri komandalarının göstəriciləri salınıb. Qol.Az-ın məlmatına görə, birinci yeri Ukrayna millisinin DÇ-2010-nun pley-off mərhələsinə çıxması tutur. Rusiya «Rubin»inin Nou-Kampda «Barselona»nı məğlubiyyətə uğratması ikinci, Donetsk "Şaxtyor"ın avroliqadakı uğurlu çıxışları üçüncü hadisə kimi dəyərləndirilib. Azərbaycan milli komandasının DÇ-2010-nun seçmə mərhələsinin son iki oyununda dörd xal qazanması oktyabr ayının dördüncü hadisəsi kimi qiymətləndirilib. «Azərbaycan komandası Vadustda Lixtenşteyni 2:0 hesabı ilə məğlubiyyətə uğratdı, Bakıda Rusiyayla bərabərə (1:1) qaldı. Berti Foqtsun komandasının göstəriciləri diqqət çəkir. Bundan əvvəlki 8 seçmə oyunda Azərbaycan komandası cəmi bir xal toplaya bilmişdi. Son iki oyunda qazanılan dörd xal sayəsində isə Cavadov və komanda yoldaşları qrupda son pillədən yaxa qurtara bildilər» - deyə «Sport-Ekspress»in şərhində bildirilir.
Leonid Slutskinin MOİK-in baş məşqçisi vəzifəsinə gətirilməsi isə ötən ayın beşinci hadisəsi seçilib.

Daha çox


Son xəbərlər