«Şerif» «Birlik kuboku»ndan imtina etdi

XƏBƏR 11 Noyabr 2009 / 20:15 1797
-  A +

Moldova çempionu «Şerif» gələn ilin yanvarında keçiriləcək «Birlik kuboku» turnirində iştirakdan imtina edib. Qol.Az-ın Rusiyanın «Sovetski sport» qəzetinə istinadən verdiyi məlumata görə, Moldova təmsilçisi dekabrın 17-də avroliqada sonuncu oyununu keçirəcək. «Fənərbaxça»ya qarşı həmin oyundan sonra, dekabrın 20-də futbolçulara istirahət veriləcək. Bir də yanvarın 10-da yığışacağıq. «Birlik kuboku» isə yanvarın 15-də başlayır. «Şerif» 3-4 gün ərzində bu turnirə heç fiziki olaraq da hazırlaşa bilməz. Biz turnirə ikinci heyəti göndərmək istərdik. Amma Rusiya Futbol İttifaqı yeni qərar qəbul edib ki, turnirdə yalnız əsas heyət iştirak etməlidir. Təəssüf ki, bu səbəbdən biz «Birlik kuboku»nda iştirakdan imtina edirik» - deyə klubun mətbuat xidmətinin rəhbəri Aleksandr Babak bildirib.
Moldova Futbol Federasiyasından bildiriblər ki, «Birlik kuboku»nda «Şerif»i «Daçiya» və «İskra-Stal» komandalarından biri əvəz edə bilər.


Son xəbərlər