"Gəncə" klubunun baş məşqçisi: "Birinci divizion və premyer liqa komandaları arasında böyük uçurum var"

XƏBƏR 11 Noyabr 2009 / 16:50 1833
-  A +

“Mən əvvəllər də demişdim k, Azərbaycanda birinci divizon və premyer liqa komandaları arasında böyük uçurum var. Bu gün qeydə alınan nəticə bunu bir daha sübut edir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan kubokunun cavab qarşılaşmaları çərçivəsində keçirilən “Gəncə” – “Simurq” matçının oyunsonrası mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Fuad İsmayılov deyib. Baş məşqçi “Simurq”un onlardan güclü olduğunu vurğulayıb. “Rəqib komandanın mərhələ keçməsi qanunauyğunluq kimi qəbul olunmalıdır. Birinci divizionda mübarizəmizi davam etdirəcəyik”.


Son xəbərlər