“Gəncə”nin oyununu bu komandanın inzibatçısı idarə edəcək

XƏBƏR 11 Noyabr 2009 / 13:00 1708
-  A +

Bu gün ölkə kubokunun 1/8 final cavab oyunları çərçivəsində keçiriləcək “Gəncə” - ”Simurq” oyununda görüşü idarə edəcək baş hakim Ramil Diniyev ev sahibi klub üçün doğma simadı. Qol.Az-ın məlumatına görə, Diniyev 2005-06-cı il mövsümündə “Gəncə” klubunda inzibatçı vəzifəsində çalışıb. Ramil Diniyevin həmçininin “Gəncə”nin ovaxtkı baş məşqçisi Şahin Diniyevlə yaxın qohumluq əlaqələri var . Komandaya məhz Şahin Diniyevin dəvəti ilə gələn referi məşqçinin milliyə gedişindən sonra komandanı tərk etmişdi. Diniyev Gəncəyə növbəti səfərini referi qismində edir.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı