Roman Pokora: “Gəncə”ni keçməyə borcluyuq”

Roman Pokora: “Gəncə”ni keçməyə borcluyuq”
XƏBƏR 11 Noyabr 2009 / 12:56 1753
-  A +

“Çətin oyun olacaq. Çünki biz çempionatın sonuncu turunda “Olimpik-Şüvəlan”la gərgin görüş keçirmişik. Bir çox futbolçumuz zədəlidir. Düşünürəm ki, hər iki komanda üçün meydanda asan olmayacaq. Hesabın necə olacağını indidən söyləyə bilmərəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan kubokunun 1/8 final cavab qarşılaşmaları çərçivəsində keçiriləcək “Gəncə” – “Simurq” oyunu haqqında fikirlərini bildirən Zaqatala klubunun baş məşqçisi Roman Pokora deyib. Baş məşqçi mərhələ keçməyə borclu olduqlarını bildirib: “İlk oyunda “Gəncə” çox xoşuma gəldi. Yaxşı komanda formalaşdırıblar. Futbolçular özləri haqda məndə müsbət fikirlər yaradıblar. Gənc kollektivə qarşı mübarizə aparacağıq. “Gəncə”ni hələ “Dinamo Kirovabad olan dövrdən tanıyıram. Deyəsən, onlara qarşı oynamışam. Bu üzdən deyə bilərəm ki, “Gəncə”nin yaxşı futbol ənənəsi var”.

Xatırladaq ki, bu komandalar arasında Zaqatalada keçirilən ilk görüşdə “Simurq” rəqibinə 2:0 hesabı ilə qalib gəlmişdi.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi