“Foqtsla yeni müqavilə imzalanması çox düzgün qərardır”

“Foqtsla yeni müqavilə imzalanması çox düzgün qərardır”
XƏBƏR 11 Noyabr 2009 / 11:51 1924
-  A +

“Çox şadam ki, milli komandamızın baş məşqçisi Berti Foqtsla AFFA rəhbərliyi yeni müqavilə imzalayıb. AFFA rəhbərliyi futbolu anlayan, Azərbaycan futbolunun inkişaf etməsini arzulayan insanlardır. Onların bu qərarını alqışlayıram”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandamızın və “İnter”in üzvü Samir Abbasov millimizin baş məşqçisi Berti Foqtsla yeni - iki illik müqavilə imzalanmasına münasibət bildirərkən deyib. Təcrübəli futbolçunun sözlərinə görə, məhz almaniyalı mütəxəssisin rəhbərliyi altında millimiz qarşıdakı illərdə daha da inkişaf edəcək: “Məncə, bu son illər Azərbaycan futbolunda qəbul olunan ən gözəl qərarlardan biridir. Məhz Foqtsun gəlişindən sonra millimizin oyununda inkişaf hiss olunur. İnanıram ki, qarşıdakı seçmə mərhələdə millimiz daha uğurla çıxış edəcək”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı