Almaniya millisinin qapıçısı intihar etdi

Almaniya millisinin qapıçısı intihar etdi
DÜNYA FUTBOLU 11 Noyabr 2009 / 11:26 2830
-  A +

Almaniya millisi və “Hannover-96” klubunun qapıçısı Robert Enke intihar edib. Qol.Az-ın “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə onun evinin yaxınlığındakı dəmir yolunda baş verib. Enkenin yaxın dostu Neblunqun bildirdiyinə görə, 32 yaşlı qapıçı özünə qəsd edib. “Mən əminliklə təsdiq edə bilərəm ki, Enke intihar edib”.

Hüquq-mühafizə əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırdıqlarını bildiriblər.  Dünən İspaniya kuboku çərçivəsində “Barselona” -  “Cultural Leonesa” arasında keçirilən cavab qarşılaşmasında futbolçular Enkenin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Xatırladaq ki, Enke avqustda Tofiq Bəhramov adına Respublika stadionunda millimizin Almaniya ilə keçirilən və 2:0 almanların xeyrinə başa çatan matçda qapısını toxunulmaz saxlaya bilmişdi. Enkenin gələn il CAR-da keçiriləcək dünya çempionatında komandasının heyətində iştirakı gözlənilirdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı