“Xəzər Lənkəran” FİFA-ya şikayət etdi

“Xəzər Lənkəran” FİFA-ya şikayət etdi
ÖLKƏ FUTBOLU 10 Noyabr 2009 / 16:22 2251
-  A +

Ailə problemlərini əsas tutaraq Bolqarıstana yollanan Kostadin Cambazov icazə müddətinin başa çatmasına baxmayaraq klubun düşərgəsinə dönməmək üçün müxtəlif bəhanələr gətirdiyindən, “Xəzər Lənkəran” onunla bağlı şikayət edib. Qol.Az-ın “Xəzər Lənkəran”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bolqar futbolçu klub rəhbərliyindən altı günlük icazə alaraq oktyabrın 22-də vətəninə yollanıb. Lakin mərkəz müdafiəçisinin ötən ayın 28-də geri qayıdacağı gözlənilsə də, o hələ də komandanın düşərgəsinə dönməyib. Klub nümayəndələrinin bütün səylərinə baxmayaraq, Cambazov indiyədək Azərbaycana qayıtmayıb. Bu səbəbdən “Xəzər Lənkəran” məsələni aidiyyatı orqanlara həvalə edərək problemin araşdırılmasını istəyib.
29 yaşlı Cambazov 2007-ci ilin avqustundan “Xəzər Lənkəran” ın şərəfini qoruyur və bu müddət ərzində 60 rəsmi oyunda forma geyib, 3 qola imza atıb.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı