Hava şəraiti “Bakı”nın planlarını pozdu

XƏBƏR 10 Noyabr 2009 / 16:14 1484
-  A +

Unibank Premyer Liqanın son turunda “Karvan”a qalib gələn “Bakı” dünəndən etibarən ölkə kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində “Bakılı”ya qarşı keçirəcəyi oyunun hazırlıqlarına başlayıb. Qol.Az-ın məlumatına görə, “zolaqlılar”ın əvvəlcədən Tofiq Bəhramov adına Respublika stadionunda məşq etməsi nəzərdə tutulmuşdu. Lakin havaların pisləşməsi, yağış yağması “Bakı”nın planlarının pozub. Nəticədə “Bakı” məşqini “Neftçi”nin köhnə bazasında keçib.
Hazırlıq prosesində bütün futbolçular iştirak etməyib. Aqil Məmmədovla Bəxtiyar Soltanov U-21-in düşərgəsinə yollandıqlarından, “Bakılı”yla kubok oyunu buraxacaqlar. Komandanın heyətində zədəli futbolçu yoxdur. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord