Fərhad Vəliyev və Samir Abbasov hansı oyunları buraxacaqlar?

XƏBƏR 10 Noyabr 2009 / 15:04 2077
-  A +

Bu gün İntizam Komitəsi “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev və “İnter”in kapitanı Samir Abbasovu 3 oyunluq cəzalandırdı. Qol.Az-ın məlumatına görə, təqvimə diqqət yetirdikdə görünür ki, Ağdam təmsilçisinin qapıçısı növbəti 3 matçını - “Olimpik-Şüvəlan”, “Turan” və “Qəbələ”ylə oyunları buraxacaq.
“İnter”in Samir Abbasovsuz meydana çıxacağı 3 görüşdəki rəqibləri isə daha güclüdür. “Bankirlər” Samir Abbasovun yoxluğunda “Neftçi”, “Karvan” və “Xəzər Lənkəran”la görüşəcək. Xüsusən də “Neftçi” və “Xəzər Lənkəran”la qarşılaşmalarda Samirin yoxluğu “İnter” üçün böyük problemə çevrilə bilər. 

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı