Böyükağa Hacıyev: “Oyunçularımın 50 faizi futbol üçün yaramır"

Böyükağa Hacıyev: “Oyunçularımın 50 faizi futbol üçün yaramır"
PREMYER LİQA 8 Noyabr 2009 / 16:40 3222
-  A +

“Oyunçularımın 50 faizi futbol oynamaq üçün yaramır. Seleksiya işləri çox zəif gedib. Xüsusilə legionerlərin transfer olunmasında ciddi cəhvlərə yol verilib. Bu səbəbdən istənilən futbolu nümayiş etdirə bilmirik.” Qol.Az-ın məlumatına görə, bu sözləri X turun səfərdə “Turan”la keçirilən qarşılaşmasından sonra “Standard” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. Baş məşqçi futbolçularından narazılığını bildirib. “Bugünkü oyunda qapıçıdan və müdafiəçilərdən narazı qaldım. Qapıçımız kobud səhvlərə yol verdi. Anlaya bilmirəm ki, bu cür legioner qapıçının ölkəmizə gətirilməsində məqsəd nədir.”

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı