Şahin Diniyev: “Premyer Liqada asan oyun olmur”

Şahin Diniyev: “Premyer Liqada asan oyun olmur”
MÜSAHİBƏ 6 Noyabr 2009 / 16:42 2789
-  A +

Milli komandamızın keçmiş, Rusiyanın “Terek” klubunun müvəqqəti baş məşqçisi Şahin Diniyevin müsahibəsi

- “Zenit”lə matçın hazırlıqları necə keçir?
- Bizi çox çətin oyun gözləyir. Ardıcıl üçüncü səfər oyunumuzu keçirəcəyik. “Zenit” bundan əvvəlki rəqibimiz olan “Krılya Sovetov” və ÇSKA-dan güclü komandadır. Bununla belə deyə bilərəm ki, komandamız günü-gündən daha yaxşı təsir bağışlayır. 
- Zədəli futbolçuların durumu nə yerdədir?
- Zədəli futbolçularla bağlı vəziyyətimiz əvvəlkinə nisbətən daha yaxşıdır. Buna baxmayaraq, Ediyev və Brakamonte bizə Sankt-Peterburqda kömək edə bilməyəcək. Həkimlərimiz bu futbolçuları 29-cu turda “Kuban”la öz meydanımızda keçiriləcək oyuna hazır etmək üçün əllərindən gələni edirlər.
- Ardıcıl çətin üç oyun və daha sonra “Kuban” və “Spartak” Nalçiklə qarşılaşmalar...
- Premyer Liqada asan və çətin oyunlar olmur. Bütün matçlar bizim üçün çətindir. Kimə qarşı oynamağından asılı olmayaraq, bütün matçlara yaxşı hazırlanmaq lazımdır. Futbolçularımın məşqlərdəki əzmkarlığından razıyam. Ən əsası odur ki, istək var. Onların oyunlarında irəliləyiş hiss olunur.
- Klubun gənc yetirmələri olan Sadayev, Kaçayev və Uçiyevin oyunlarını necə qiymətləndirərdiniz?
- Adlarını çəkdiyiniz futbolçular çox perspektivlidirlər. Onlar hələ öz potensiallarını tam olaraq göstərə bilməyiblər. Bir qədər öz üzərlərində işləməkləri lazımdır. Mən əminəm ki, məşqlərdə əzmkarlıqla çalışacaqları təqdirdə böyük uğurlar əldə edə biləcəklər.

Mənbə: “Terek”in rəsmi internet saytı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord