Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Millimiz finala vəsiqə qazandı

Yazarlar
 “Qarabağ” Respublika stadionundan getsin!
Aydın BAĞIROV
 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
Aqil Abbas
 “Qarabağ” və qorxaq futbol?
Rövşən Binnətli
Fotoreportaj
Bütün 
"Qarabağ"dan möhtəşəm qələbə (Şəkillər)
Top 5
Premyer Liqamızda yay transferləri (YENİLƏNİR)
"Qarabağ" və “Qəbələ”nin rəqibləri bilindi
"Qəbələ" qrup mərhələsində!
"Qarabağ"la eyni qrupa düşmək istəmirdik"
“Qarabağ”ın “1 nömrəsi”ndən iddialı açıqlama
Linklər
525ci Qəzet

"Qarabağ" fanklubunun rəhbəri: "İmarət"in səsini bütün Avropa eşidəcək”
A A A

[05.11.2009]
"Qarabağ" fanklubunun rəhbəri: "İmarət"in səsini bütün Avropa eşidəcək”

Unibank premyer-liqasında mübarizə gərginləşdikcə azarkeşlərin ölkə futboluna marağı da artır. Avropanın aparıcı klublarında olduğu kimi, bizim komandaların da fan klubları yaranır. Artıq bəzi klublarımızın bir neçə fanklubu fəaliyyət göstərir. Bu il Avropada adından söz etdirən, premyer-liqamızın liderlərindən olan Ağdamın "Qarabağ" klubunun daha bir fan klubu fəaliyyətə başlayıb. "İmarət" fanklubunun rəhbəri Şükür Cavadla söhbətimiz bu barədədi.
  
- "İmarət" hansı zərurətdən yarandı?
- Ağdamın "Qarabağ" klubu ölkənin ən köklü komandalarından sayılır. "Qarabağ"ın bütün milli çempionatlarda iştirak edən üç klubdan biri olmasının özü çox şeydən xəbər verir. Ağdam təmsilçisi azarkeşlərinin fəallığı ilə də həmişə seçilib. Komanda 1993-cü ildən qaçqın həyatı yaşamasına baxmayaraq, azarkeşlər bütün oyunlarda futbolçuları dəstəkləyirlər. "Qarabağ" Sumqayıtda, Bakıda məskunlaşdığı dövrlərdə də tərəfdar sarıdan heç vaxt problem yaşamayıb. Klub Quzanlıya köçəndən sonra Olimpiya Kompleksində keçirdiyi bütün oyunlarda tribunalar dolu olur. Bu da təsadüfi deyil. "Qarabağ" son dövrlər təkcə milli çempionatda deyil, Avroliqada göstərdiyi baxımlı oyunlara görə azarkeşlərinin sayını daha da artırıb. Biz də bir qrup gənc futbolçuların gücünə güc qatmaq, "Qarabağ"a azarkeş dəstəyini daha da gücləndirmək üçün "İmarət" fanklubu yaratmaq qərarına gəldik.
- Ad seçiminizi uğurlu adlandırmaq olar...
- Fankluba ad seçərkən çox da fikirləşməli olmadıq. "İmarət"in bütün ağdamlıların ürəyində xüsusi yeri var. "Qarabağ" oyunlarını həmişə bu stadionda keçirib, ilk böyük uğurlarını "İmarət"də qazanıb. Məhz ona görə də bu adın üzərində dayandıq. İnanırıq ki, fanklubumuzun ayağı düşərli olacaq. "Qarabağ" yenə də "İmarət"ə qayıdaraq uğurlarını sıralayacaq.
- "İmarət" Ağdam komandasının ilk fanklubu deyil. Komandanın rəsmi fanklubu ilə əlaqələriniz varmı?
- Rəsmi fanklubla normal münasibətlərimiz var. Bu da təbiidi. Çünki bir məqsəd uğrunda yaranmışıq - Ağdam futbolunun daha da inikşaf etməsinə nail olmaq, "Qarabağ"a azarkeş dəstəyi vermək və bütün oyunlarda futbolçularımızı qələbəyə səsləmək.
- Klub rəhbərliyi bu təşəbbüsünüzü necə qarşıladı?
- Klubun baş direktoru Əmrah Çəlikəllə görüşümüz olub. Ümumiyyətlə, klubun rəhbərliyində təmsil olunan insanlar səmərəli təklifləri həmişə müsbət dəyərləndirirlər. İnanıram ki, bizim layihələrə də dəstək verəcəklər.
- Belə layihələriniz varmı?
- Təbii ki, müxtəlif planlarımız, maraqlı ideyalarımız var. "Qarabağ" futbolçuları ilə fanklub üzvlərinin görüşünü təşkil etmək, klubla birgə uşaq evlərində, xüsusi internat məktəblərində xeyriyyə tədbirləri keçirmək istəyirik. Yəqin ki, zamanı gəldikcə "İmarət" bu planları həyata keçirəcək. İndi daha çox təşkilatlanma işinə önəm veririk. Paytaxtın müxtəlif ali məktəblərində təhsil alan qarabağlı tələbələri fankluba cəlb etməyə çalışırıq. İstəyirik ki, fanklubun üzvləri intellektual səviyyələrinə görə də seçilsinlər.
- Fan-klub rəhbəri kimi yox, sadə azarkeş kimi "Qarabağ"ın heyətində xüsusi bəyəndiyin futbolçu varmı?
- "Qarabağ"da elə bir mühit formalaşıb ki, bu gün hansısa oyunçunu xüsusi fərqləndirmək mümkün deyil. Baş məşqçi Qurban Qurbanov mübariz ruhlu kollektiv yaradıb. Məncə "Qarabağ"ın qazandığı son uğurların səbəbi də elə budur.
- Həftəsonu Unibank premyer-liqasında maraqlı derbi gözlənilir. "Qarabağ" Bakıda "İnter"in qonağı olacaq. Hər iki komandanın turnir cədvəlində lider olması maraqlı oyunun keçəcəyindən xəbər verir.
- Həqiqətən də "Qarabağ" çox vacib bir oyuna çıxcaq. "İmarət" fanklubu stadionda "Qarabağ"ı qələbəyə səsləyəcək. İnanıram ki, sonda Ağdam klubu qalib gələcək. Bu il "Qarabağ"ın ölkə çempionu olacağına və Çempionlar Kubokunda uğur qazanacağına əminəm. İnşallah, "İmarət" fanklubundakı azarkeşlərin səsi Avropa stadionlarından eşidiləcək.

Etibar

Mənbə: “Ədalət” qəzeti

 

3137 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google

 

loading...



 
 
ARXİV                       
 
27.08.2016  14:30 “Riodakı ən böyük xatirəmiz qazandığımız 18 medal oldu” – Fariz Məmmədov
21.08.2016  13:26 “Biləndə Ağdam alınıb, oyunun gedişində 10 dəqiqə ağladım”
14.08.2016  20:10 “Neftçi”də aktyora, bəstəkara yer tapılır, amma futbolçu Elbrus Abbasova yox”
03.08.2016  18:00 “Nəticə olmayanda çox xırdalığa gedirik” – Mahmud Qurbanov
28.07.2016  23:57 Tale Heydərov: "Qəbələ" favorit deyil"
27.07.2016  15:22 Müəmmalı istefa, yuxarıdan gələn zəng və "Neftçi"ni “yıxan” səbəblər...
26.07.2016  15:09 “Yəqin çempionatımızda gələn il 6, sonra 4 komanda qalacaq”
19.07.2016  13:00 Futbolumuzun “Qutnik” faciəsi
13.07.2016  12:18 "Səhvlərimizi düzəltsək, Çempionlar Liqasının qrupunda oynamağa layiqik"
13.07.2016  09:50 "Qarabağ"a üç qol vura bilərik"
11.07.2016  17:48 “Neftçi” səriştəsiz idarəçilk üzündən elə günə düşüb ki...”
10.07.2016  12:43 “Oyunlara bizimlə birgə KQB nümayəndələri də gedirdi”
09.07.2016  14:14 “Neftçi” gündən-günə nüfuzunu itirməkdədir”
08.07.2016  02:14 “Neftçi”dən komandamıza gəlmək istəyən varsa, buyursun”
08.07.2016  00:41 “Bu gün zəif oynadıqsa...” – “Neftçi”nin futbolçusu
01.07.2016  09:56 "Hələ hər şey bitməyib" – Nika Kvekveskiri
28.06.2016  23:26 “Daçiya” gözlədiyimiz kimi güclü deyil” – Kərim Diniyev
26.06.2016  20:53 Klublarımızın Avrokuboklarda ilkləri: “Turan”dan “Qarabağ”a kimi
19.06.2016  15:50 Tovuz futbolunun tarixi: “Trabonfeld”dən “Turan”a kimi
12.06.2016  13:44 “Qarabağ” sensasiyaya necə nail oldu?
 
 
 
  28.08.16
12:11
  Etopaz-da 58 canlı oyun
11:33
  Millimiz AZAL-la heç-heçə etdi
11:15
  İtaliya millisinin üzvü “Qarabağ”a qarşı oynamayacaq
10:35
  "Qalatasaray" səfərdə 3 qol vurdu (Video)
10:20
  Millimizin rəqibinin heyəti açıqlandı
01:28
  "Real" qalib gəldi (Video)
01:13
  "Qalatasaray" qalib gəldi, "Trabzonspor" uduzdu
01:02
  "Yuventus"un ikinci qələbəsi (Video)
00:57
  "Napoli" - "Milan": 6 qol (VİDEO)
00:49
  Millimiz finala vəsiqə qazandı
00:40
  "Zirə" yoxlama oyununda 4 qol vurdu
00:18
  Premyer Liqamızda yay transferləri (YENİLƏNİR)
00:10
  "Lester" ilk qələbəsini qazandı (Video)
00:01
  "Mançester Yunayted" son anda sevindi (Video)
  27.08.16
23:04
  "Borussiya"dan qələbə, "Bayer" uduzdu
22:30
  "Mançester Yunayted" və "Çelsi"dən növbəti qələbə
22:08
  "Maynz"ın məğlubiyyəti (Video)
21:29
  "Arsenal"dan iki transfer
20:41
  "Çelsi"dən böyükhesablı qələbə (Video)
20:17
  "Sevilya"dan "Fiorentina"ya
19:30
  "Qəbələ"nin rəqibi məğlub oldu
18:41
  Nazarovun komandası uduzdu
18:15
  Demyanenko: “Mənim üçün maksimum nəticə qızıl medal olardı”
17:46
  "Tottenhem" - "Liverpul" oyununda sülh (Video)
17:27
  Millimizin rəqibi yoxlama oyununda qalib gəldi
16:52
  PSJ-nin qapıçısı rəsmən "Sevilya"da
16:23
  “Maraqlıdır, “Qarabağ” bizə qarşı necə oynayacaq?”
15:10
  “Qəbələ” Avroliqanın tarixinə düşdü
14:30
  “Riodakı ən böyük xatirəmiz qazandığımız 18 medal oldu” – Fariz Məmmədov
13:40
  Etopaz-da 56 canlı oyun
13:14
  Şəhriyar Məmmədyarov: "Fiqurları insanlardan yaxşı tanıyıram"
12:53
  "Göteborq" "Qarabağ"dan UEFA-ya şikayət etdi
12:27
  Pelleqrini Çin klubunda
11:55
  Olimpiadanın möhtəşəm açılışına 5 gün qaldı
11:31
  "Qarabağ"ın səfər oyunlarının vaxtı müəyyənləşdi
11:08
  Şahmat dünyasının tarixi eksponatları Bakıda nümayiş olunacaq
10:39
  "Qəbələ"nin səfər oyunlarının başlama saatı açıqlandı
10:15
  Millimizin Moldovaya məğlubiyyəti (Video)
09:47
  Birinci divizion: 2016/2017 mövsümünün təqvimi müəyyənləşdi
02:30
  ’’Olimpiya üçüncüsü olmaq dünya çempionluğuna bərabərdir"
02:17
  "Qarabağ"ın rəqiblərini yaxından tanıyaq
02:07
  "Sumqayıt" AZAL-la qarşılaşacaq
02:00
  "Beşiktaş"dan xal itkisi
01:23
  Levandovskidən het-trik (Video)
01:17
  "Bavariya" mövsümə darmadağınla başladı
00:55
  "Qəbələ"nin rəqiblərini yaxından tanıyaq
00:40
  "Qəbələ"dən ayrılan futboçu Türkiyə klubunda
00:25
  Millimizin üzvü Almaniyada növbəti qolunu vurdu
  26.08.16
23:21
  Terimdən gözlənilməz qərar: Arda milliyə çağırılmadı
22:24
  Tyerri Anri Belçika millisində
21:38
  İtaliya "İnter"inde 2 müqavilə
21:06
  "Qarabağ"ın qrupunun təqvimi müəyyənləşdi
20:33
  Ruslan Abışov millinin heyətindən kənarlaşdırıldı
20:00
  Millimiz Moldovaya uduzdu
19:44
  Həftənin ən gözəl qolları (VİDEO)
BÜTÜN XƏBƏRLƏR
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore