Mehmet Ak “Əskişəhirspor”un sabiq üzvünü Azərbaycan klublarına tövsiyyə etdi (FOTO)

XƏBƏR 2 Noyabr 2009 / 17:00 2239
-  A +

Türkiyə çempionatının üçüncü divizionunda çıxış edən “Nilufərspor” klubunun sabiq baş məşqçisi Mehmet Ak Azərbaycan klublarına keçmiş komandasının üzvü - Hüseyn Karı transfer etməyi tövsiyyə edib. Qol.Az-ın müxbirilə söhbətində Ak Karın klublarımız üçün uğurlu transfer ola biləcəyini qeyd edib: “Hüseyin Kar 23 yaşında gənc və çox istedadlı bir oyunçudur. Mənim rəhbərliyim altında “Nilufərspor”da çıxış edirdi. Bundan əvvəl Türkiyədə “Əskişəhirspor” və “Göztəpə” klublarında oynayıb. Bu klublarda 140 oyun keçirib və 41 qola imza atıb. 1,77 sm boyu olan Karın ən böyük üstünlüyü sol ayağı ilə cərimə zərbələrindən məharətlə istifadə etməsidir. Bu oyunçu Azərbaycan çempionatında çox rahatlıqla çıxış edə bilər. Azərbaycan klublarına bu cür istedadlı və gənc futbolçulara ehtiyac var."






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı