Qurban Qurbanova mükafat (FOTOLAR)

Qurban Qurbanova mükafat (FOTOLAR)
XƏBƏR 7 May 2015 / 15:13 4836
-  A +

Bakıda İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi  olub.
 
Qol.Az-ın xəbərinə görə, əvvəlcə tədbirdə qısa tanıtım filmi təqdim olunub.

Daha sonra çıxış edən Dostluq Cəmiyyətinin qurucusu və sədri Dündar Keşaplı bildirib ki, uzun illərdir İtaliyada yaşayır və  Bakıya dördüncü gəlişində dostların dəstəyi ilə bu cəmiyyəti yaradıb. O deyib ki, İtaliya və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur.  Dostluq cəmiyyətinin də əsas məqsədi öz fəaliyyəti ilə bu əlaqələrə töhfə verməkdir. D.Keşaplı cəmiyyətin əsasən mədəniyyət, moda, film, idman sahəsində fəaliyyət göstərəcəyini əlavə edib.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo  Kutillonu çıxışında Dostluq Cömiyyətinə fəaliyyətində uğurlar arzu edib. Səfir deyib ki,  Azərbaycan və İtaliya əlaqələri qarşlılıqlı hörmət üzərində qurulub, iki ölkə arasında dərin dostluq münasibətləri var: "Bundan əlavə dövlətlərimiz  sıx strateji əlaqələrə malikdirlər. Amma bu əlaqələrdə idman və mədəniyyət sahələri tam əhatə olunmayıb. Əminəm ki, bu cəmiyyət qeyd edilən istiqamətlərdə uğurla fəaliyyət göstərəcək".

Diplomat gələn ay Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarına da diqqət çəkib və deyib ki, İtaliyadan yarışlara böyük heyət qatılacaq. O, bu idman yarışını səbrsizliklə gözlədiklərini söyləyib.


"Miniatür" kitab müzeyinin rəhbəri Zərifə Salahova cəmiyyətin yaradılması təşəbbüsünü alqışlayıb və fəaliyyətində uğurlar arzu edib. O, yeni təşkilatın iki ölkənin mədəniyyət sahəsində əlaqələrinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

Millət vəkili Adil Əliyev Dostluq Cəmiyyətinin yaradılmasını önəmli hadisə olduğunu deyib. Onun sözlərinə görə, cəmiyyətin fəaliyyətinin idman sahəsini də əhatə etməsi çox müsbət haldır.
A.Əliyev İtaliya və Azərbaycan arasında çox dərin əməkdaşlıq olduğunu qeyd edib: "Əminəm ki, bu cəmiyyət iki ölkə arasında mədəniyyət, idman sahəsində əlaqələrin inkişafı üçün əlindən gələni edəcək".

Tanınmış modelyer Fəxriyyə Xələfova cəmiyyətin çox gözəl missiyası və məramı olacağını deyib: "Azərbaycan və İtaliya qədim mədəniyyətə malik ölkələrdir. Ona görə də iki ölkənin mədəni əlaqələrinin inkişafında bu təşkilat önəmli rol oynaya bilər. Cəmiyyətin yaradılması çox nəcib təşəbbüsdür. Müxtəlif ideyalar ətrafında  gözəl işlər görüb və gözəl nəticələr əldə etmək olar.  Mənim sahəm modadır və moda sahəsində artıq inteqrasiya var. İdman, mədəniyyət, moda sahəsində maraqlı təşəbbüslər  irəli sürülə və işlər görülə bilər. Arzu edirəm ki, gördüyünüz işlər hər zaman uğurla nəticələnsin və inanıram ki, belə də olacaq. Çünki çox gözəl təşəbbüslə çıxış etmisiniz".

Daha sonra cəmiyyətin sədri Dündar Keşaplı səfir  C. Kutillona,  "Miniatür" kitab müzeyinin rəhbəri Zərifə Salahovaya, millət vəkili Adil Əliyevə və modelyer Fəxriyyə Xələfova, “Qarabağ” futbol klubunun məşqçisi Qurban Qurbanova Dostluq Cəmiyyətinin xatirə plaketlərini təqdim edib.

Qeyd edək ki, Dostluq Cəmiyyətinin Azərbaycan tərəfdən sədri Rəşad Qurbanovdur. 

Xatırladaq ki, Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. O, həmçinin  İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı