Bülənt Qorxmaz: “Rəhbərliyə dedim ki, birinci ildə məndən çox böyük şeylər gözləmək lazım deyil”

Bülənt Qorxmaz: “Rəhbərliyə dedim ki, birinci ildə məndən çox böyük şeylər gözləmək lazım deyil”
MÜSAHİBƏ 28 Oktyabr 2009 / 13:59 2923
-  A +

Bülənt Qorxmaz “Bakı”ya baş məşqçi təyin olunandan sonra Türkiyə mətbuatında ölkəmizə, futbolumuza olan maraq birə-beş artdı. Türkiyəli həmkarlarımız bugünkü gündə də Qorxmazla tez-tez ünsiyyət qurur, futbolumuz haqda bilgi əldə edilər. Bu günlərdə ölkəmizdə olan “Axşam” qəzetinin müxbiri isə təkcə Bülənt Qorxmazla deyil, eyni zamanda incəsənət adamları və siyasətçilərlə də görüşüb. “Qırıldıq, amma aramızı kimsə vura bilməz” silsilə-yazısının ilk qonağı məhz “Bakı”nın çalışdırıcısı, Türkiyə futbolunda öz möhürünü vuran futbolçulardan biri - Bülənt Qorxmazdır. Həmin yazını kiçik ixtisarlarla diqqətinizə çatdırırıq.

“Qalatasaray”ın əfsanəvi kapitanı Bülənt Qorxmaz “Bakı” klubunun baş məşqçisidir. Küçələrdə “bayraq” qalmaqalnı soruşduğumuz azərilərin hamısının Bülənt Qorxmazdan danışması yaşıl meydanda dotluğun zəfər çalmasının göstəricisidir.
Hər şey Bursada oynanılan Türkiyə - Ermənistan matçına Azərbaycan bayraqlarının buraxılmamasıyla başladı. Yaşıl meydandakı olay iki ölkə arasında “bayraq” qalmaqalanın başlanmasına səbəb oldu. Amma başqa bir yaşıl meydanda - Bakıdakı Tofiq Bəhramov adına stadionda gördüyümüz səhnələr bizi bir qədər sakitləşdirdi.
Son günlər Tofiq Bəhramov adına stadionun Bakıda yaşayanlar üçün başqa bir mənası var. Çünki şəhərlərinin adını daşıyan klubun başında çox önəmli bir isim durur. Söhbət “Qalatasaray”ın əfsanəvi kapitanı Bülənt Qorxmazdan gedir.
Keçək tribunalara. Oyunçular kimi “Bakı”nın azarkeşlərinin də əksəri gənclərdir. Bir çoxunun əynində “Bakı”nın forması var idi. Amma gözümüzə “sarı-qırmızı” və “sarı-lacivərd”li formalar da dəydi. Bəzi gənclər oyuna “Fənərbaxça”lı Aleks və “Qalatasaray”lı Ardanın formasını geyərək gəlmişdilər.
Əvvəlcədən Türkiyə çempionatının Azərbaycanda çox izləndiyini bilirdik. Amma təkcə çempionat deyil, eləcə də tribunalarda yaşananlar Azərbaycanda geniş müzakirə mövzusudur. Çünki “Neftçi” azarkeşləri sanki “Beşiktaş”ın məşhur “Çarşı” fan-klubunun şüarlarını öz komandaları üçün səsləndirirdilər. “Beşiktaş”la eyni rəngi daşıyan “Neftçi” fanatlarının “Qanımız ağ-qara rəngdə axar” şüarını azəri türkcəsi ilə eşitmək həqiqətən də çox maraqlı idi.
Həmin gün “Cim-bom”, “Fənər” və “Beşiktaş”ın formasına geymiş bir çox türk tələbələr də Respublika stadonuna Qorxmazı dəstəkləmək üçün gəlmişdilər. Centlmen davranışları ilə “Bakı”nın azarkeşlərinin böyük sevgisini qazanan “başmeşçi” Qorxmaz Bursada oynanan Türkiyə - Ermənistan matçına Azərbaycan bayraqlarının buraxılmamasının azərilər kimi onu da çox üzdüyünü bildirdi.

“ÖZ OYUNÇULARIMIZ ARTMALI”

- “Bakı” rəhbərliyinin təklifini qəbul etmək çətin oldu?
- Ötən il Bakıda keçirilən konfransa dəvət almışdım. O zaman klub rəsmiləri çempionatı Türkiyə səviyyəsinə gətirmək, avrokuboklarda uğur qazanmaq istədiklərini bildirdilər. Daha sonra onlardan təklif alanda, anlaşdıq. Bu məsələdə vitse-prezident Tunc Afşarın türk olması da böyük rol oynadı. Rəhbərliyə dedim ki, birinci ildə məndən çox böyük şeylər gözləmək lazım deyil.
- Komandanız deyəsən gəncdir?
- Əslində, Azərbaycanda ən yüksək yaş həddi “Bakı”dadır. Bu komandada əcnəbi futbolçular çoxdur. Düşünürəm ki, heyətdə azərbaycanlı futbolçular legionerlərlə müqayisədə daha çox olmalıdır. Yerli oyunçuların səviyyələri artmalıdır. Klubda türk futbolçu yoxdur.
- Deyəsən, sizə “başmeşçi” deyirlər?
- Hə. Aradabir Bülənt də deyirlər.
- Özünüzü Bakıda necə hiss edirsiniz?
- Hər şeydən öncə burda öz dilimizdə danışırıq, çətinlik çəkmirik. Futbol sahəsində peşəkarlıq tam deyil və bunu bütövlükdə tətbiq etmək istəyirik. Oyun quruluşları fərqlidir. Azərbaycan milli komandası xeyli inkişaf edib, ancaq təkcə milliylə ilə iş bitmir.

AZƏRİ LƏHCƏSİNİ SEVİR

- Azəri ləhcəsinə öyrəşmisiniz?
- Məsələn, “öz” deyirlər. Məncə, Türkiyədə də bu cür olmalıdır. Belə ifadə tərzi mənə çox doğru gəlir.
- Özünüzü evinizdəki kimi hiss edirsiniz?
- Əlbəttə. Bütün Azərbaycan xalqı Türkiyədəki sənətçiləri, futbolçuları tanıyırlar. Hər evdə türk kanallarına baxırlar. Xüsusilə, bu məsələdə gənc nəsil daha fəaldır.
- Bursada yaşanan bayraq qalmaqalını necə dəyərləndirirsiniz?
- Azərbaycan bayrağını stadiona buraxılmasına kimin qadağa qoyduğunu bilmirəm. Əgər FİFA və ya UEFA belə qərar veribsə, bu doğru deyil. Azərbaycan - Rusiya oyununda insanların əllərində türk bayraqları var idi. Artıq “bayraq” qalmaqalına görə lazımi tədbirlər görülüb, günahkarlar vəzifələrindən uzaqlaşdırılıblar

“NARAZILIQLA QARŞILAŞMADIM”

- Bununla bağlı sizə narazılıq edən oldu?
- Heç bir narazılıqla qarşılaşmadım. Amma üzüntülərini hiss edə bilirəm. Burada insanlar Türkiyəni çox sevirlər.
- Oteldə qalırsınız?
- Bəli. Uzun müddət idi ev axtarırdım, nəhayət ki, tapdım. Qısa müddətdən sonra artıq evimə yerləşəcəyəm.
- “Bakı”da qalacaqsınız?
- Mən mövsümün sonunadək “Bakı”da qalmağı düşünürəm. Əgər gözlədiklərim olarsa, uzun müddət çalışmaq istəyirəm.

“SEVİLMƏK GÖZƏLDİR”

- Küçədə gəzərkən, insanlar sizi tanıyırlar?
- Şəkil çəkdirənlər, görüşənlər olur. Etiraf edirəm - burada sayılıb-sevilmək çox gözəldir.
- İki ölkə arasında yaranan narazılıq zamanı üzərinizdə basqı hiss etdinizmi?
- İdman baxımından heç bir basqı hiss etmədim. Şəxsən heç kim mənə narazılığını bildirmədi.
- Siyasət meydana təsir edir?
- Əsla yox. Belə bir şey olsa, bunu hiss edərdim. Amma bir daha təkrar edirəm ki, insanlar çox üzüldülər. Bayraq məsələsi buradakı insanlara çox pis təsir etdi. Sözün açığı elə mən də bu olayı bəyənmədim. Olmaması gərəkən bir hadisəydi.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi