İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu kim olacaq?

İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu kim olacaq?
DÜNYA FUTBOLU 17 Aprel 2015 / 10:33 4026
-  A +

İngiltərə Premyer Liqasında 2014/2015 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, siyahıda 6 futbolçunun adı yer alıb. Bunlar Dieqo Kosta, Eden Hazard (hər ikisi “Çelsi”), David de Xea (“Mançester Yunayted”), Filippe Koutinyo (“Liverpul”), Harri Keyn (“Tottenhem”) və Aleksis Sançesdir (“Arsenal").

Sözügedən oyunçuların dördü - Koutinyo, De Xea, Hazard və Keyn mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər sırasında da yer alıb. Bu kateqoriyada digər iki namizəd  "Çelsi"nin qapıçısı Tibo Kurtua və "Liverpul"un oyunçusu Raheem Sterlinqdir.

Qeyd edək ki, qaliblər İngiltərənin 100 klubunun futbolçularının verəcəyi səslərlə müəyyənləşəcək. Ən yaxşıların adı aprelin 26-ı açıqlanacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın