“Çelsi”dən daha bir transfer

“Çelsi”dən daha bir transfer
DÜNYA FUTBOLU 17 Aprel 2015 / 10:14 7255
-  A +

“Çelsi” daha bir transferi gerçəkləşdirməyə hazırlaşır.

Qol.Az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, “Atletiko Paranense”nin və Braziliya gənclərdən ibarət millisinin futbolçusu Natan de Souzanın bu gün London klubu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Artıq 19 yaşlı yarımmüdafiəçinin tibbi müayinədən uğurla keçdiyi bildirilir.

Məlumata görə, bu transfer “Çelsi”yə 4.5 milyon avroya başa gələcək.

DÇ-2018-in kəşfi ola biləcək futbolçular sırasında yer alan Natanla İngiltərənin daha üç klubu – “Mançester Siti”, “Arsenal” və “Liverpul”un da maraqlandığı haqda xəbərlər yayılmışdı.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı