İtaliya klubunun daha dörd xalı silindi

İtaliya klubunun daha dörd xalı silindi
DÜNYA FUTBOLU 17 Aprel 2015 / 10:11 3766
-  A +

İtaliya A seriyası təmsilçisi "Parma"nın daha 4 xalı silinib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna klubun rəsmən iflasa uğrayan klubun federasiya qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəb olub.

Xalı 12-ə endirilən "Parma" hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xatırladaq ki, eyni səbəbdən ötən ilin dekabrında "Parma"nın bir, mart ayında isə iki xalı silinmişdi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı