Suares: "Üstünlük bizdədir, ancaq..."

Suares: "Üstünlük bizdədir, ancaq..."
DÜNYA FUTBOLU 16 Aprel 2015 / 11:06 4860
-  A +

"Bu qələbə ilə üstünlük əldə etdik. Çox çətin matçda vacib qələbə qazandıq. Ağıllı oynadıq. Qarşılaşmanın ilk dəqiqəsindən oyuna kökləndik. Biz hər görüşdə əlimiz belimizdə oynayan futbolçulardan deyilik. Bütün qarşılaşmalarda çoxlu qaçırıq".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın futbolçusu Luis Suaeres Çempionlar Liqasının 1/4 finalında PSJ-ə 3:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib.

Uruqvaylı hücumçu cavab qarşılaşması haqda da fikirlərini bildirib:

"Rəqibimiz çox güclüdür. Onların əsas futbolçuları ikinci matçda meydanda olacaq. Düzdür, üstünlük bizdədir, ancaq indidən növbəti mərhələyə adladığımızı söyləmək düzgün deyil. Qarşıda oynamaq üçün daha 90 dəqiqə var".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı