"Napoli" və "Sevilya" qələbə qazandı, Ukraynada bərabərlik

"Napoli" və "Sevilya" qələbə qazandı, Ukraynada bərabərlik
DÜNYA FUTBOLU 17 Aprel 2015 / 01:56 17560
-  A +

Bu gecə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni günə nəzərdə tutulub.

“Qarabağ”la eyni qrupda mübarizə aparmış “Dnepr” səfərdə “Brügge”nin qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb.

Daha bir Ukrayna təmsilçisi “Dinamo” öz meydanında “Fiorentina”nı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. Kiyev təmsilçisi 36-cı dəqiqədə hesabı açsa da, son dəqiqədə üstünlüyünü əldən verib - 1:1.

Rusiyanın “Zenit” klubu İspaniya səfərində “Sevilya” ilə üz-üzə gəlib. Rusiya təmsilçisi hesabda önə keçsə də, "Sevilya" iki qol vuraraq görüşdən qalib ayrılmağı bacarıb - 2:1.

“Volfsburq” isə doğma meydanda “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib. Almaniya təmsilçisi bu oyunda rəqibinə müqavimət göstərə bilməyib - 1:4.





16 aprel

Avropa Liqası, 1/4 finalın ilk oyunları

00:05. “Brügge” (Belçika) – “Dnepr” (Ukrayna) - 0:0

00:05. “Dinamo” (Kiyev, Ukrayna) – “Fiorentina” (İtaliya) - 1:1
Qollar:
Lens, 36 (1:0), Babakar, 90+2 (1:1)

00:05. “Sevilya” (İspaniya) – “Zenit” (Rusiya) - 2:1
Qollar:
Ryazantsev, 29 (0:1), Bakka, 73 (1:1), D.Suares, 88 (2:1)

00:05. “Volfsburq” (Almaniya) – “Napoli” (İtaliya) - 1:4
Qollar:
İquain, 15 (0:1), Hamşik, 23, 64 (0:3), Qabbiadini, 77 (0:4), Bendtner, 80 (1:4)

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı