"DÇ-2014"ün stadionu qaraja döndü (FOTOLAR)

"DÇ-2014"ün stadionu qaraja döndü (FOTOLAR)
DÜNYA FUTBOLU 15 Aprel 2015 / 21:30 5641
-  A +

Ötən il Braziliyada keçirilən dünya çempionatı üçün inşa olunmuş "Mane Qarrinça" stadionu artıq avtobus qarajı kimi istifadə edilir.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 72 min insan tutumuna malik olan stadion böyük olduğu üçün heç bir klub burada ev oyunlarını keçirmək istəmir.  Klubların imtina etdiyi bu arenaya 400-dək avtobus yerləşir.

Stadionun bəzi otaqları isə ofis kimi istifadə olunur.
 
 
Qeyd edək ki, "Mane Qarrinça" stadionun yenidənqurma və əsaslı təmirinə təqribən 350 milyon funt sterlinq xərclənib. "Mane Qarrinça" Londondakı “Uembli”dən sonra təmir işlərinə ən çox pul xərclənən ikinci stadiondur.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki