Kəllə vurdu, klubdan qovuldu

Kəllə vurdu, klubdan qovuldu
DÜNYA FUTBOLU 13 Aprel 2015 / 13:01 4570
-  A +

"Bayer" futbolçusu Emir Sbahiçlə müqaviləni ləğv edib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna 34 yaşlı müdafiəçinin "Bavariya"ya qarşı Almaniya kubokunun 1/4 finalında keçirilən matçdan sonra mühafizəçiyə kəllə vurması səbəb olub.

Leverkuzen təmsilçisinin nümayəndəsi Mişel Şade məlumatı təsdiqləyib. O bildirib ki, E.Sbahiç yaxşı oyunçu olmasına baxmayaraq, etdiyi son hərəkətdən sonra bu qərarı verməli idilər:

"Davanın videogörüntüsünə baxdıqdan sonra çox üzüldük. Emirlə görüşdük və onunla dostcasına ayrıldıq. O da etdiyi hərəkətə görə peşmandır".

Qeyd edək ki, E.Sbahiçin "Bayer"lə müqaviləsi 2015/2016 mövsümünün sonu başa çatırdı. Komandanın ən yaxşı formada olan futbolçulardan biri olan E.Sbahiç bu mövsüm 36 rəsmi matçda meydana çıxıb.


Son xəbərlər