Namiq Yusifov: “Bəzən, məşqçilərə tərcüməçiliyi mən edirəm”

Namiq Yusifov: “Bəzən, məşqçilərə tərcüməçiliyi mən edirəm”
MÜSAHİBƏ 25 Oktyabr 2009 / 00:31 3536
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az-a müsahibəsi

-Namiq “Karvan”la oyunun hazırlığı necə keçir?
- Yaxşı. Bu gün Yevlaxa yola düşəcəyik. Komandamız hər oyuna olduğu kimi bu matça da yüksək səviyyədə hazırlaşır.
-  “Karvan”da vəziyyət bir o qədər də yaxşı deyil. Komandasının son uğursuzluğundan sonra baş məşqçi Yunis Hüseynov istefa verdi. Necə düşünürsən, “Qarabağ” bu matçda rahatlıqla qələbə qazana biləcək?
-Hazırda zəif komanda anlayışı yoxdur. Hər klub rəqibinə qarşı layiqli müqavimət göstərir. Düşünürəm ki, bizim üçün çox çətin olacaq. İnşallah qələbə bizimlə olar.
- Komandanız ardıcıl üç oyundur ki, qələbə qazanır. Turnir cədvəlinin üç liderindən birisiniz. Səncə,bu uğurun sirri nədədir?
- Baş məşqçimiz Qurban Qurbanov çox mehriban bir kollektiv yığıb. Uğurun da ən böyük səbəbi də məhz budur. Bir-birimizin sözü aramızda mehribançılıqla qəbul olunur. Bundan gözəl nə ola bilər?!
- Ümumiyyətlə çempionluq yolunda özünüzə rəqib olaraq kimi görürsən?
-
Bu il “İnter” yaxşı təsir bağışlayır. Amma Allahın köməkliyilə çempion biz olacağıq.
-Bir müddət “Neftçi”də çıxış etdin. Sonra yenidən “Qarabağ”a döndün. Dönüşündə hansı amil rol oynadı. Qarabağlı olmağın, yoxsa…?
Mən elə bil ki, öz evimə döndüm. “Qarabağ”a dönüşüm Rasim Karanın baş məşqçilik dövrünə təsadüf etdi. Qurban Qurbanovun komandamıza gəlişi isə lap yerinə düşdü.
- “Qarabağ”ın oyunçularından meydanda ən yaxşı kimlə dil tapa bilirsən?
- Demək olar ki, hamısıyla. Çünki biz hamımız bir məqsəd uğrunda vuruşuruq. Düşünürəm ki, şəxsi həyatda kimləsə münasibətin pis ola bilər, amma meydanda nəticə qazanmaq üçün can deyib, can eşitmək lazımdır.
- “Qarabağ”ın Avroliqadakı çıxışından sonra sənə transfer təklifləri gəldi?
- Avroliqada şükürlər olsun ki, yaxşı çıxış etdik. Yəqin ki, hamı bizdən razı  qaldı. Şəxsən mənə real bir təklif olmadı.
- “Qarabağ”ın heyətindən milliyə çağırılmayan nadir oyunçulardansan. Sən özünü millidə çıxış edənlərdən zəif hesab edirsən?
- Xeyr, heç bir oyunçudan özümü zəif hesab etmirəm. Hər bir məşqçinin öz baxışı var. Belə çıxır ki, millinin oyununa uyğun gəlmirəm. İnşallah, milliyə məni də dəvət edərlər.
- Yəqin razılaşarsan ki, bizim futbolçuların nitqində problem var. Bu da bədii ədəbiyyatı oxumamaqdan irəli gəlir. Sənin mütaliə etməklə aran necədi? Kitab oxuyursan?
- Sizinlə razıyam. Amma şəxsən mənim kitab oxumaqla aram yaxşıdır. Daha çox isə televiziya proqramlarını izləməyə və internetə üstünlük verirəm. İngilis dilini bilirəm. Bəzən, məşqçilərin fikirlərini legionerlərə mən tərcümə edirəm.

Daha çox


Son xəbərlər