“Fürsətlərdən lazımınca yararlandıq”

“Fürsətlərdən lazımınca yararlandıq”
XƏBƏR 24 Oktyabr 2009 / 21:34 1763
-  A +

Qadınlardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən Azərbaycan - İsveç oyunundan sonra İsveç yığmasının baş məşqçisi Tomas Dennerbini qarşılaşmayla bağlı fikirlərini AFFA-nın rəsmi internet saytına açıqlayıb: “Maraqlı oyun oldu. Əlimizə düşən fürsətlərdən lazımınca yararlandıq. Azərbaycan millisi müdafiədə daha inamlı təsir bağışladı. Komandanızın heyətində ən çox qapıçının oyununu bəyəndim”.


Son xəbərlər