“Blatter rüşvətxordur” – Maradona

“Blatter rüşvətxordur” – Maradona
DÜNYA FUTBOLU 12 Aprel 2015 / 15:00 4191
-  A +

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yenidən  FİFA prezidenti Yozef Blatteri tənqid atəşinə tutub.

Qol.Az-ın məlumatına görə, argentinalı veteran futbolçu bu dəfə Blatteri rüşvətxor adlandırıb.

Yenidən FİFa prezidentliyinə namizədliyini irəli sürdüyü üçün Blatteri qınayan Maradona ali futbol qurumunda köklü dəyişiklik edilməli olduğunu deyib:
 
“Blatter bu dəfə kifayətqədər səs toplaya bilməyəcəyindən qorxur. Düzdür, o, böyük nüfuza malikdir. Ancaq Blatter bütün ömrü boyu bir dəfə də topa toxunmayıb. O, sadəcə rüşvətxordur. Məncə, İordaniya şahzadəsi Əl-Hüseyn ona ən yaxşı rəqibdir. Artıq futbol başqa insanların əlində olmalıdır”.
 
Qeyd edək ki, Blatter və Əl-Hüseyndən başqa namizədlər arasında Luiş Fiqu və Maykl van Praq da var.

FİFA prezidentliyinə seçkilər mayın 29-da keçiriləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi